Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, 2-ci oyun günündə keçiriləcək 2 cavab matçı ilə son iki yarımfinalçı da müəyyənləşəcək. Əvvəlcə “Zirə” “Araz-Naxçıvan”ı məğlub edəcək. Komandalar arasındakı ilk oyun “qartallar”ın 1:0 hesablı qələbəsilə başa çatıb. Bu komandaların qalibi yarımfinalda “Qarabağ”la üz-üzə gələcək.
Günün digər matçında isə “Neftçi” “Kəpəz”lə qarşılaşacaq. Oyun saat 19:30-da start götürəcək. Bu komandalar arasında ilk görüş paytaxt təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Cütün qalibi növbəti raundda “Sabah”la üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün keçirilən 2 cavab oyunundan sonra “Qarabağ” və “Sabah”ın yarımfinala yüksəldiyi dəqiqləşib.
Azərbaycan kuboku, 1/4 final, cavab oyunları
28 fevral
16:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun: 0:1.
19:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
“Neftçi Arena”.
İlk oyun: 2:0