Kateqoriyasız

“Neftçi” və “Səbail”dən qələbə – Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib. İlk oyun günündə iki matç keçirilib.

Əvvəlcə “Neftçi” “Keşlə”nin qonağı olub. Matç “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla “Neftçi” “Qarabağ”la xallaır bərabərləşdirib. Samir Abbasovun komandası şəxsi oyunlardakı üstünlüyə görə azı 1 günlük zirvəni ələ keçirib.

Günün ikinci oyununda “Səbail” “Qəbələ”ni qəbul edib. Qarşılaşma ev sahibinin minimal hesablı qələbəsi ilə başa çatıb. Bunun sayəsində “Səbail” son sıradan xilas olub.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXV tur

3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi” – 0:3
Qollar: 
Tərlan Quliyev, 38 (öz qapısına), Keysuke Honda, 74, Emin Mahmudov, 90+2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“ASK Arena”

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 99. Rafael Məhərrəmli, 10. Sezar Meza Kolli, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 65. Mehdi Tahirov.
Baş məşqçi: Sənan Qurbanov

“Neftçi”: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 4. Keysuke Honda, 24. Yusuf Laval, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 20. Mert Çelik
Baş məşqçi: Samir Abasov

20:15. “Səbail” – “Qəbələ” – 1:0
Qol: 
Amil Yunanov, 62
Qırmızı vərəqə: Merab Qiqauri, 52

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn ,19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev

“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43