“Neftçi”nin zədələnən legioneri Sezar Meza Kolli əməliyyat olunub və onun 2023-cü ilin yanvar ayında komandaya qoşulması gözlənilir.
İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubu paraqvaylı futbolçu ilə yolları ayırmaq haqda düşünür. Ötən il komandaya cəlb olunan və 2 illik müqavilə imzalanan yarımmüdafiəçinin sözləşməsi gələn il başa çatır. Paytaxt klubunun rəhbərliyi “Aris”lə oyunlardan sonra legioner futbolçuya qarşılıqlı razılaşma əsasında ayrılmağı təklif edəcək.
Qeyd edək ki, futbolçu vətəni Paraqvayda xaçabənzər diz bağından əməliyyatı keçirib. Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.