Kateqoriyasız

“Mütləq növbəti mərhələyə yüksəlməliyik” – “Fehervar”ın oyunçusu

“Fehervar”ın futbolçusu Peter Pokorni klubun rəsmi saytına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə,  20 yaşlı futbolçu təmsilçimizlə matça ciddi hazırlaşdıqlarını bildirib:

“Avrokuboklarda asan oyun yoxdur. “Qəbələ” ilə görüş çətin olacaq. Ancaq biz mütləq növbəti mərhələyə yüksəlməliyik. Hədəfimiz Konfrans Liqasının qrup mərhələsidir”.

“Qəbələ” – “Fehervar” qarşılşaması iyulun 21-də Macarıstanda keçirəcək. Cavab matçı bir həftə sonra Qəbələdə olacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43