01 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” – “Partizan”: fərq 13 milyon avro

UEFA Avropa Liqasının pley-off mərhələsində “Neftçi”ylə qarşılaşacaq Serbiyanın “Partizan” klubunun futbolçularının ümumi dəyəri 19.45 milyon avrodu.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin futbolçularının ümumi dəyəri isə 6.78 milyon avroya bərabərdi.

Ümumilikdə 5 legioneri olan “Partizan”nın ən bahalı futbolçusu 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Andriya Zivkoviçdi. Serbiyalı futbolçunun qiyməti 1.76 milyon avrodu. 

“Neftçi”nin heyətində isə ən bahalı futbolçu yeni transfer Kauedi. Onun dəyəri 1.23 milyon avro kimi dəyərləndirilir.

Xatırladaq ki, tərəflər arasındakı ilk matç Serbiyada keçiriləcək.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43