23 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” qambiyalı hücumçu transfer etdi

“Neftçi” hücumçu transfer edib.

İdmanxeber.az xəbər verir ki, qambiyalı Dembo Darbo artıq “Neftçi” ailəsinin üzvüdür. 22 nömrəli formanı geyinəcək 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43