Misli Premyer Liqasının 23-cü turunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçı üçün satılan biletlərin sayı bəlli olub.
İdmanxeber.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
“Neftçi Arena”da keçiriləcək oyuna 2 gün qalmasına baxmayaraq, artıq 4500 bilet satılıb. “Skybox Lounge” üçün biletlər isə tamamilə satılıb.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı yanvarın 16-sı saat 19:00-da başlayacaq.