“Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə klub 7-ci turda “Qarabağ”a qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edir:
Misli Premyer Liqasının 7-ci turunun “Nefçi” – “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” – “Neftçi” oyununun yeri dəyişdirilsin.
7-ci turun “Qarabağ” – “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azersun Arena”da oynanılsın.
Klubların əvəzedici heyətləri arasında baş tutacaq oyunların proqramı əvvəlcədən açıqlandığı kimi saxlanılsın.