Sabah Premyer Liqanın IX turu çərçivəsində səfərdə "Qəbələ" ilə qarşılaşacaq son çempion "Neftçi" artıq Bakını tərk edib.
Qəbələdə şəhərin eyniadlı klubunun qonağı olacaq "ağ-qaralar"da heç bir itki yoxdu.
Bu barədə saytımıza klubun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, "Qəbələ" – "Neftçi" matçı sabah, saat 16:00-da start götürəcək.