“Neftçi” Azərbaycan çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb.
İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXV turunda “Səbail”ə üç cavabsız qolla qalib gəldikləri oyuna təsadüf edib.
“Ağ-qaralar” ilk belə qələbəsini 1992-ci ildə əldə edib. Paytaxt təmsilçisi mayın 31-də “Çıraqqala” ilə səfər qarşılaşmasında 4:0 hesabına sevinib.
Qeyd edək ki, ölkə çempionatları tarixində yalnız “Qarabağ” rəqib meydanında daha çox böyük hesabla qalib gəlib. Ağdamlıların 52 belə qələbəsi var.