Ölkə futbolu Premyer Liqa

“Sabah”dan növbəti məğlubiyyət, Sumqayıtda hesab açılmadı

Azərbaycan Premyer Liqasına V tura yekun vurulub.

İkinci oyun günündə iki matç keçirilib. Əvvəlcə Masazırda “Sabah” və “Neftçi” münasibətlərinə aydınlıq gətirib. Görüş “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun son matçı Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası “Qəbələ”ni qonaq edib. Oyunda hesab açılmayıb – 0:0.

Azərbaycan Premyer Liqası
V tur

26 sentyabr

17:00. “Sabah” – “Neftçi” – 1:2
Qollar:
 Aleksey İsayev, 81 – Ramon Maçado, 21, Mamadu Kane, 78

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 7. Petar Skuletiç, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 9. Xulio Sezar Rodrigez, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 66. Abdulax Xaibulaev, 13. Abdulla Rzayev
Baş məşqçi: Ramin Quliyev

“Neftçi”: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 91. Ramon Maçado, 36. Mamadu Kane, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli
3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 14. Romen Bask, 9. Tiaqo Bezerra, 7. Xorxe Korrea, 21. İsmayıl Zülfüqarlı. 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov

​19:15. “Sumqayıt” – “Qəbələ” – 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 23. Səid Rza, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43