Avropa Liqasındakı təmsilçilərindən hansının pley-off mərhələsindəki ilk oyunu səfərdə keçirəcəyi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, Hollandiya "Tvente"si ilə qarşılaşmalı olan "Qarabağ", həm də Serbiya "Partizan"ı ilə üzləşəcək "Neftçi" ilk oyununu səfərdə keçirməliydi. Amma UEFA-nın qaydalarına görə, eyni şəhərdə iki avrokubok matçı keçirilməsinə icazə verilmədiyindən, "Neftçi"i ilk oyunu Serbiya da keçirməli olacaq. "Qarabağ" isə püşkün nəticəsinə əsasən ilk oyunu evdə oynayacaq.