21 Dekabr 2024
Kateqoriyasız

“Neftçi” – “Sperantsa” matçı avstriyalılara tapşırıldı

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək  “Neftçi” – “Sperantsa” (Moldova) matçının hakimləri açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma avstriyadan olan briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətdə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sperantsa” matçı saat 21:00-da başlanacaq. Komandalar arasında Moldovada oynanılan görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43