Kateqoriyasız

“Neftçi” – “Sumqayıt” oyununun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasında XIX turun “Neftçi” – “Sumqayıt” oyunu nəzərdə tutulan vaxtda – saat 18:15-də başlamayacaq.

İdmanxeber.az xəbər verir ki, qarşılaşma saat 18:45-də start götürəcək.

Buna səbəb Qəbələdəki güclü qara görə “Qəbələ” – “Zirə” oyununun dayandırılması, nəzərdə tutulan vaxta qədər yekunlaşmamasıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43