Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutub.
Şüvəlanda autsayder AZAL avrokubokları hədəfləyən "Kəpəz"i sınağa çəkib. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısının 83-cü dəqiqəsində Ebhaın vurduğu qol Gəncə klubuna 3 xal qazandırıb.
Turun digər matçında "Zirə" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirib. Bu oyunda isə "qartallar" 3 xalı 2 qolla qazanıb.
Azərbaycan Premyer Liqası
8-ci tur
16 oktyabr (bazar)
16:00. AZAL – “Kəpəz” 0:1
Qol: Ebah, 83
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov.
Bakı. “AZAL Arena”.
18:30. “Zirə” – “Neftçi” 2:0
Qol: Krneta 43 (pen), Adil Nağıyev, 50
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.