İdman

Zirədə insident: Polis azarkeşi bölməyə aparmaq istədi, ancaq… (FOTO)

Azərbaycan Premyer Liqasının VIII turunun son oyunu – "Zirə" – "Neftçi" görüşündə insident yaşanıb.

İdmanxeber.com-un məlumatına görə,  “ağ-qaralar”ın azarkeşləri ilə polis arasında yaşanan qalmaqala səbəb komandanın ikinci qolu buraxdıqdan sonra qonaq kklubun fanatlarının üzünü klub rəhbərliyi oturan lojaya tutaraq, onları təhqir etməsi olub.

Nəticədə polis əməkdaşları azarkeşi bölməyə aparmaq istəyib. Lakin digər azarkeşlərin səyi nəticəsində polisin bu isytəyinin qarşısı alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43