”Qalatasaray” “Lill”də çıxış edən Yusuf Yazıcını heyətinə qatmaq istəyir.
İdmanxeber.az məlumat verir ki, “sarı-qırmızılı” klubun baş məşqçisi Okan Buruk türkiyəli oyunçunu sərəncamında görmək istəyir.
Yusuf bu mövsüm bütün turnirlərdə “Lill” formasıyla 41 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldat ötürmə edib.
Transfermarkt portalına görə oyunçunun dəyəri 10 milyon avrodur.