Hazırda Antalyada olan "Neftçi" bu gün növbəti yoxlama matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Arif Əsədovun komandası Ukraynanın “Volın” klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” Antalyada üç yoxlama oyunu keçirib. "Ağ-qaralar" Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1) klubları ilə üz-üzə gəlib.
Yoxlama oyunu
21 yanvar
19:30. "Neftçi" – "Volın" 4:3