İdman

“Neftçi” yenə uduzdu, “Qəbələ” “Qarabağ” səfərində 1 xal qazandı (YENİLƏNİB)

Azərbaycan Premyer Liqasında 25-ci tura bu gün start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Turun ilk oyunu Gəncədə reallaşacaq. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan "Neftçi" və "Kəpəz" komandaları üz-üzə gələcək. Saat 16:00-da start götürəcək matç maraqla gözlənilir.

Günün ikinci oyunu isə Respublika stadionunda keçiriləcək. Lider "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ" ilə üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası

25-ci tur

9 aprel

16:00. “Kəpəz” – “Neftçi” 2:0
QOL: Tural Axundov, 13-pen. (1:0), 41-pen. (2:0)

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Murad Məmmədov

Gəncə şəhər stadionu

20:30. “Qarabağ” – “Qəbələ”  0:0

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43