25 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” yeni tərəfdaşlıq müqaviləsi imzaladı

“Neftçi” “Badamlı” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

İdmanxeber.az-ın “ağ-qaralar”ın feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Azərbaycanın ilk mineral süfrə suyu brendi olan “Badamlı“ ölkənin ən köklü futbol klubu “Neftçi”nin su tərəfdaşı olacaq. Razılaşma 2026/27-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

“Neftçi” PFK-nın əsas komandasının oyun formalarında “Badamlı“ loqosu əks olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43