29 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”də ŞOK AYRILIQ yaşanır – SON DƏQİQƏ 

“Neftçi” qış fasiləsində bir neçə legionerlə yolları ayırmaq niyyətindədi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “qara siyahı”ya düşən futbolçulardan biri də Kilian Lebondu. Oyunçunun çıxışı məşqçilər heyətini qane etmir. Bu səbəbdən də rəhbərlik onu komandadan göndərmək istəyir.

Ancaq Lebonunun ayrılması elə də asan olmayacaq. Klubla müqaviləsi davam edən futbolçu “Neftçi”dəki maaşından vaz keçmək istəmir. O, ancaq bu səviyyədə olan təklifləri dəyərləndirəcək.

Lebon sözləşməsinin davam etdiyi  müddətdəki əmək haqqısı veriləcəyi təqdirdə, “Neftçi”dən ayrılacağını rəhbərliyə bildirib.

Xatırladaq ki, “ağ-qaralar” yarımmüdafiəçi ilə ötən ilin yanvarında 1,5 +1 il müddətinə müqavilə bağlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43