İsrailin “Aşdod” klubunda çıxış edən Fares Abu Akel “Neftçi”nin maraq dairəsinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu 25 yaşlı yarımmüdafiəçinin xidmətlərində maraqlıdı.
Yaxın günlərdə “Neftçi”nin Fares Abu Akellə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Fares Abu Akel 2019-cu ildən “Aşdod”da çıxış edir. “Neftçi” daha əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi, ABŞ vətəndaşı olan İsrail əsilli yarımmüdafiəçi Kenni Sayefi və qanalı hücumçu Qodsvey Donyonu heyətinə qatıb.