Avropa Liqasının ikinci təsnifta mərhələsinin cavab görüşləri çərçivəsində Sloveniyada “Koper”in qonağı olacaq “Neftçi” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, komandanın əsas heyət üzvlərindən Bruno Bertuççi dünən məşq zamanı zədələnib. Onun “Koper”lə cavab oyununda iştirak edib-etməyəcəyi sual altındadı.
Bertuççinin son durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.
Bununlada “Neftçi”də zədəlilərin sayı ikiyə çatıb. Bertuççidən başqa Deniz Silva da bir müdətdir ki, zədəlidi.