Ölkə kubokunun yarımfinal mərhələsində “Rəvan”la qarşılaşacaq “Neftçi” bu matçda üç futbolçusunun xidmətindən məhrum olacaq.
İdmanxeber.com-un məlumatına görə, Böyükağa Hacıyev finala gedən yolda Mirhüseyn Seyidov, Erik Ramos və Mahir Şükürovsuz ilk matçı idarə etməli olacaq. Adı çəkilən futbolçular cəzalı olduqlarından “Rəvan”la matçda iştirak edə bilməyəcəklər.
Bu barədə klubun mətbuat xidmətindən saytımıza məlumat verilib.