Bildiyiniz kimi, “Neftçi”nin müdafiəçisi Mert Çelik ötən gün “Olimpiakos”la qarşılaşmanın 63-cü dəqiqəsində Oleq Ryabçuka qarşı etdiyi kobud hərəkətə görə meydandan qovuldu.
İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi görüşdən sonra məyus olduğunu bildirib.
Çelik, şəxsi instaqram hesabında bunları yazıb: “Cavab qarşılaşmasında komandamı tək buraxdığıma görə çox üzgünəm. Ümidvaram ki, Bakıda daha yaxşı nəticə alarıq”.