"Neftçi"nin braziliyalı futbolçusu Bruno Bertuççi qarşıdakı AZAL-la oyunda da komandasına kömək edə bilməyəcək.
Bu barədə idmanxeber.com-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə deyib.
Vətənində olan və "Qəbələ" ilə oyunda da komandaya kömək edə bilməyən "sambaçı"nın zədəsi hələ də sağalmayıb və onun "təyyarəçilər"lə oyunda meydana çıxmayacağı dəqiqləşib.