Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
İdmanxeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:30-da başlayan püşkdə Avroliqadakı təmsilçisimiz “Neftçi”nin də pley-offdakı rəqibi bilinib. Püşkatmanın nəticəsinə əsasən paytaxt klubu İsrailin “Bney Yehuda” klubunu mübarizədən kənarlaşdırsa, pley-offda “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.
“Neftçi” – “Bney Yehuda” – “Malmö” (İsveç) – “Jrinski” (Bosniya və Qerseqovina)