“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli əməliyyat olunub.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, futbolçunun vətəni Paraqvayda baş tutan xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib.
Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Neftçi”nin Türkiyə toplanışı zamanı Sezar Meza Kollinin dizində ağrılar yaranmışdı və Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.