Kateqoriyasız

“Qarabağ” Portuqaliyadan futbolçu transfer etdi

“Qarabağ” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Portuqaliya “Santa Klara”sından Julio Romaonu transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Braziliyanın “Atletiko” (Paranaense) klubunun yetirməsi olan Romao ölkəsində “Ponte Preta”nın U-21 komandasında və “Santa Kruz”da oynayıb. 2020-ci ildə “Santa Klara”ya keçən orta xətt oyunçusu ötən mövsüm Portuqaliya çempionatında 15 oyunda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43