Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibi olan Rusiyanın “Arsenal” (Tula) klubuna maliyyə dəstəyi ayırılıb.
İdmanxeber.az-ın məlumatəına görə, rusiyalı iş adamı Alişer Usmanov Tula təmsilçisinə 600 milyon rubl (9,5 milyon dollar) ayırıb.
65 yaşlı biznesmen ötən ilin avqustunda İngiltərənin “Arsenal” klubunun səhmlərinin 30 faizini 550 milyon funt-sterlinqə almışdı.