"Bu gün Naxçıvanda əsl futbol bayramı yaşandı. "Xəzər Lənkəran" güclü idi və qalib gəldi".
Bu sözləri idmanxeber.com saytına açıqlamasında "Neftçi"nin prezidenti Sadıq Sadıqov deyib. Superkubok oyununda "Xəzər Lənkəran"a (2:1) məğlub olduqları matç barədə danışan Sadıqov daha sonra bunları dilə gətirib:
"Gözəl təşkilatçılığa görə, Vasif Talıbova təşəkkürümü bildirirəm. Bizim futbolçular o qədər kubok qazanıblar ki, elə bildilər bu dəfə də qalib gələcəklər".