Kateqoriyasız

“Neftçi”nin qarşılaşacağı rəqiblər bəlli oldu

“Neftçi” “Avro-2016”-nın seçmə oyunları səbəbindən çempionatda yaranmış fasilədən istifadə edərək iki yoxlama matçında qüvvəsini sınayacaq.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” oktyabrın 4-də divizion təmsilçisi “Qaradağ Lökbatan”, bundan 4 gün sonra isə “Bakı” ilə üz-üzə gələcək. 

Qeyd edək ki, “Neftçi” Premyer Liqanın VIII turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq. Sözügedən oyun oktyabrın 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43