Kateqoriyasız

“Qarabağ”la görüşdə parlaq oyun nümayiş etdirmədik”

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”a qalib gələn (2:0) “İnter”in müdafiəçisi Marko Andreolli oyunla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, Milan klubunun üzvü qalib gəldikləri matçla bağlı bunları dedi:

“Kalyari” məğlubiyyətindən sonra bu qələbə bizim üçün önəmli idi. “Qarabağ”la görüşdə parlaq oyun nümayiş etdirməsək də, qələbə ilk pillədəki mövqeyimizi möhkəmlətdi. Oyun ərzində bəzi səhvlərə yol verdik, ancaq əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43