27 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”nin rəqibini yaxından tanıyaq

“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) klubu 1925-ci ildə yaradılıb.

Klub prezidenti Roman Pipiya, baş məşqçi əvvəllər Bakı “İnter”ini çalışdırmış Kaxaber Tsxadadzedi. Paytaxt təmsilçisi ev oyunlarını 55000 tamaşaçı tutumuna malik olan Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçirir.

“Neftçi” ilə SSRİ çempionatlarında dəfələrlə qarşılaşmış “Dinamo” (Tbilisi) 1964 və 1978-ci illərdə SSRİ çempionatının, 1976 və 1979-cu illərdə SSRİ kubokunun, 1981-ci ildə isə UEFA Kuboklar Kubokunun qalibi olub.

“Dinamo” Gürcüstanın ən titullu klubudu. Komanda 18 dəfə ölkə çempionatının, 13 dəfə kubokun, 8 dəfə isə Super Kubokun qalibi olub. Tbilisililər 2004-cü ildə “Birlik kuboku”nu başı üzərinə qaldırıblar.

Gürcüstan müstəqillik qazanandan sonra “Dinamo”nun avrokuboklardakı ən böyük uğuru 2004/2005 mövsümündə UEFA Kubokunun qrup mərhələsində iştirak etmək olub.“Dinamo”nun heyətində gürcü futbolçularla yanaşı, Fransa, İspaniya, Niderland, Serbiya, Slovakiya və Qvineyadan olan legionerlər yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43