Noyabrın 15-də millimizlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq Estoniya yığması bu oyuna optimal heyətlə çıxa bilməyəcək.
Belə ki, komandanın kapitanı Raqnar Klavan, eləcə də digər mərkəz müdafiəçiləri İqor Morozov, Rayo Piyroya və “Neftçi”nin sabiq üzvü Taavi Ryahn zədə səbəbindən bu oyunu buraxacaq.
Bundan əlavə, İngiltərənin səviyyəcə 4-cü çempionatında çıxış edən “York Siti”nin yarımmüdafiəçisi Sander Puri də millimizlə matçda oynamayacaq. Klubu Purini yığmaya noyabrın 16-da buraxacaq.
Qeyd edək ki, Tallindəki “A.Le Koq Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.