“Neftçi”nin müdafiəçisi Melli Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la cavab oyunu öncəsi fikirlərini bildirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, ispan oyunçu onları çətin matç gözlədiyini deyib:
“İlk növbədə qol buraxmamağa çalışmalıyıq. Müdafiədə ağıllı oynayıb, sadə səhvlər etməməliyik. Çünki qol vurmaq üçün şanslarımız olacaq. Qapımızın toxunulmazlığını qoruyub, əlimizə düşən imkanların birindən istifadə edə bilsək, bu, bizə mərhələ adlamağa kifayət edəcək”.
Xatırladaq ki, “Mladost” – “Neftçi” qarşılaşması iyulun 9-u saat 23:30-da başlayacaq.