“Minsk” klubunda çıxış edən Anton Şramçenko komanda yoldaşı Yeqor Boqomolskinin “Neftçi”yə transferini dəyərləndirib.
İdmanxeber.az-ın məlumatına görə, o, 22 yaşlı hücumçunun Azərbaycan təmsilçisindən sərfəli təklif aldığını vurğulayıb:
“Yeqor üçün gələn təklif çox nadir hallarda olur. Bu səbəbdən də o, Azərbaycana yollandı. Məncə, doğru seçim etdi. Boqomolski gənc futbolçudur, özünü Avropa arenasında sınamalıdır. “Neftçi” də Konfrans Liqasında çıxış edir. Fikirmcə, Yeqor orada uğur qazana bilər”.
Qeyd edək ki, Belarus millisinə də çağırılan Yeqor Boqomolski “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.