Kateqoriyasız

Neymar PSJ-dən ayrılır? – özü qaçıqladı

Neymar PSJ klubundakı gələcəyi ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı hücumçu Paris təmsilçisində qalmaq istədiyini bildirib: “Yeni baş məşqçi mənə neqativ heç nə deməyib. Klubun şəxsimlə bağlı qərarını bilmirəm. Ancaq mənim PSJ-dən ayrılmaq niyyətim yoxdur”.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə İspaniya “Barselona”sından 222 milyon avro qarşılığında keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43