Kateqoriyasız

“Turan Tovuz” Gürcüstan təmsilçisini məğlub etdi

“Turan Tovuz” Gürcüstan təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda qələbə qazanıb.
İdmanxeber.az-ın məlumatına görə, 2022/23 mövsümü üçün hazırlıqlarını Tbilisidə davam etdirən komanda bu gün ilk hazırlıq matçında qüvvəsini sınayıb. Ayxan Abbasovun yetirmələri paytaxt təmsilçisi “Merani” ilə üz-üzə gəlib.
İmeda Aşortia, Ayxan Hüseynovun qolları və rəqibin avtoqolu ilə Tovuz klubu meydandan 3:1 hesabı ilə qalib ayrılıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43