Kateqoriyasız

“Neftçi”yə keçir dedilər, klubu ilə müqavilə imzaladı

Adı “Neftçi” ilə hallanan “Qəbələ”nin müdafiəçisi Ruan Renato “qırmızı-qaralar”la müqavilə müddətini uzadıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2021-2022-ci illər mövsümünün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı daha bir mövsüm “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

Xatırladaq ki, 2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Renato komandanın heyətində keçirdiyi 22 matçda 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43