Argentina yığmasının sabiq hücumçusu və “Modena”nın baş məşqçisi Ernan Krespo “Valensiya”nın çalışdırıcısı Qari Nevill haqda maraqlı açıqlama verib.
İDmanxeber.com-un məlumatına görə, 40 yaşlı mütəxəssi Nevillin uğursuz nəticələrinə çox sevindiyini bildirib:
“Qari Nevillin uğursuz nəticələrinə çox sevinirəm. O, futbol eksperti kimi çalışanda özündən çox razı idi və çox danışırdı. İndi özü baş məşqçidir və yəqin başa düşər ki, necə çətin işdir”.