Dünyadan

Neymara 5 il həbs cəzası!

“Barselona”nın ulduz futbolçusu Neymarın, “Barselona”ya transferində üsulsuzluq edildiyi səbəbiylə davam edən məhkəmə prosesində Braziliyalı futbolçunun 5 il müddətinə həbs edilməsi istənilib.

İdmanxeber.com-un məlumatına görə, Neymarın transfer edildiyi dövrdə “Barselona” klubunun rəhbəri olan Sandro Rosell və mövcud prezident Cozef Bartomeunun 8 il həbs cəzası çəkməsi tələb edilib. Digər tərəfdən “Kataloniya” klubu 195 milyon avro cəza ödəyəcək.

Qeyd edək ki, Neymar 2013-14 mövsümündə Braziliyanın “Santos” klubundan 50 milyon avro qarşılığında transfer edilib. “Barselona”nın bu transferdə üsulsuzluq etdiyi üçün istintaq başladılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43