Dünyadan

Ronaldo: “Final günü 3 sarışınla bərabər oyandım”

Portuqaliyanın Avropa çempionu olmasında əhəmiyyətli pay sahibi olan Kriştiano Ronaldo, final günü yaşadıqlarını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı futbolçu, ”O səhər oyandığımda, yataqda 3 sarışın qadınla bərabər idim”, deyərək zarafat edib. Ronaldo yaşadıqlarını belə izah edib:

“Zarafat bir yana, oyandığımda o günün xüsusi olduğunun fərqinə vardım. Fransa ilə final oynayırdıq. Yenə də 8 saat yatdım”, – deyə qeyd edib.  “Real Madrid”də Çempionlar liqası finalına çıxarkən bu qədər həyəcanlı və təzyiq altında olmadığını açıqlayan Ronaldonun digər şərhləri isə bu şəkildə olub: 

”Təbii ki, Real Madridin paltardəyişmə otağında da danışıram. Amma, Portuqaliyada sanki bunu fərqli bir iş kimi hiss etdim. Çünki, futbolçular məni bir lider olaraq görürdülər”.

“Real Madriddə oynayırsanız, qazanmaq məcburiyyətindəsiniz. Portuqaliya isə, bu yaya qədər bir kubok qazana bilməmişdi. Avropa Çempionatına getməmişdən əvvəl Real Madridin paltardəyişmə otağında komanda yoldaşlarım, ‘Kriştiano, uzun bir yay keçirəcəksən’ dedilər. Mənim məqsədim hər il, hər şeyi qazanmaqdır. Ballon d’Or’u keçən mövsüm qazana bilməmişdim, amma ondan əvvəlki iki dənəsini qazanmışdım. Ümid edirəm ki, bu il də qazanaram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43