Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” Cənubi Koreya çempionatında növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, sözügedən kollektiv 11-ci turda səfərdə “Qvanqyu” ilə qarşılaşıb və uduzub – 1:2.
Krivotsyuk bu matçda 90 dəqiqə meydanda olub. O, komandasının yeganə qolunun müəllifi olub.