Dünya futbolu

Niderlandlı futbolçu “Qalatasaray”dan ayrılır

“Qalatasaray”ın futbolçusu Patrik Van Aanholt Niderlanda qalmağa davam edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu icarə əsasında mövsümün sonuna qədər PSV ilə anlaşmışdı. İstanbul təmsilçisi Aanholt üçün təzminat tələb etməyib.

Niderland klubu təcrübəli futbolçunu heyətdə saxlmaq qərarına gəlib. Məşqçilər heyəti Patrikin çıxışından razıdır. Mövsüm sonunda tərəflərin anlaşacağı bildirilir.

Aanholt PSV-də keçirdiyi 9 oyunda 1 assit edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43