21 Dekabr 2024
Ölkə futbolu

Nildo 30-a 3-cü klubunda çatdı

“İnter”in braziliyalı futbolçusu Junior Nildo Premyer Liqada 30-cu qolunu vurub. “Bakı” ilə VI turun oyununda (7:0) dubla imza atan cənubi amerikalı əvvəl 30-cu, ardınca 31-ci qolunu aktivinə yazdırıb.

İdmanxeber.com-un məlumatına görə, Nildo Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 16-cı legioner kimi tarixə düşüb. Bu siyahıya isə hesabında 72 qol olan gürcüstanlı Badri Kvaratsxeliya başçılıq edir.

Cənubi amerikalı 30-u 3-cü mövsümündə, 3-cü klubu ilə arxada qoyub. 2012/13 mövsümündə AZAL-da 21, 2013/14 mövsümündə “Xəzər Lənkəran”da 8 dəfə fərqlənən Nildo yeni klubunda qol hesabını açmaqla ən məhsuldar əcnəbilər siyahısında mövqeyini yaxşılaşdırıb. O, həm də Azərbaycan çempionatında 3 və daha çox komanda ilə qol sevinci yaşayan 22-ci legionerdir. Bu göstəricidə rekord 5 klubda fərqlənən Anatoli Doroşla Tagim Novruzova məxsusdur. Ümumilikdə isə hamıdan çox – 10 komandanın heyətində qol vurmağı Kənan Kərimov bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43