Dünya futbolu

Nolito İspaniyaya qayıda bilər

“Mançester Siti”nin hücumçusu Nolito yayda İspaniyaya qayıda bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Marca” qəzeti məlumat yayıb. 30 yaşlı futbolçunu La Liqa təmsilçisi “Real Betis” icarəyə götürmək istəyir.

Nolito cari mövsüm Premyer Liqada 19 oyuna 4 qol vurub.

İspaniya millisinin üzvü “Mançester Siti”yə “Selta”dan keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43