"Avro-2016"nın seçmə mərhələsində millimizələ eyni qrupda yer alan Norveç millisinin futbolçusu Oryan Niland Estoniya millisinə 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra jurnalistlərin sualklarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, futbolçu bu fikirləri səsləndirib:
“Estoniya ilə görüş Azərbaycanla oyun öncəsi bizim üçün yaxşı hazırlıq oldu. Çoxlu səhv etdiyimizə görə məğlub olduq. Azərbaycanla qarşılaşmada fərqli oynamalıyıq. Əgər eyni səhvləri Azərbaycanla səfər matçında etsək, Bakıdan xalsız qayıdacağıq".