“Oyun ərzində qol vurmaq cəhdlərimiz yaxşı idi. Ancaq oyunumuz elə də yaxşı alınmadı”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Avro-2016″nın seçmə mərhələsində Bakıda millimizə 1:0 hesabı ilə qalib gələn Norveç yığmasının üzvü Ştefan Yohansen ölkəsinin mətbuatına açıqlamasında deyib:
“Mübarizənin çətin keçəcəyini bilirdik. Müəyyən taktiki gedişlər etdik ki, bu da işə yaradı. Çətin də olsa, qələbə qazanmağı bacardıq”.