Kateqoriyasız

“O, komandaya bizim klub olaraq arzuladığımız futbol fəlsəfəsini aşılayır” – Maqsud Adıgözəlov

“Sabah” baş məşqçisi Murad Musayevlə müqavilənin müddətini 2024-cü ilin yayına qədər uzadıb.

“Sabah”ın prezidenti Maqsud Adıgözəlov və baş məşqçi Murad Musayev yeni müqavilə ilə bağlı fikirlərini bildiriblər:

Maqsud Adıgözəlov: “Murad Musayevlə yeni müqavilə bağladığımıza görə çox şadam. Komandamız Musayevin rəhbərliyi altında günü-gündən inkişaf edir. Bu, sərgilənən futbolda özünü açıq şəkildə göstərir. O, komandaya bizim klub olaraq arzuladığımız futbol fəlsəfəsini aşılayır. İnanıram ki, yeni anlaşma hər iki tərəf üçün uğurlu olacaq və birlikdə öz hədəflərimizə çatacağıq”.

Murad Musayev: “Klubumuzun bir parçası olduğuma görə çox şadam. Addım-addım daha da güclənməliyik. Qarşıda görülməli olan çox iş var. Hər gün ürəklə çalışaraq, bundan sonra da azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Musayev 2021-ci ilin 30 oktyabr tarixindən “Sabah”ın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında keçirdiyi 33 oyunun 20-dən qələbə ilə ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43